Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il ilk dəfə olaraq dövlət büdcəsinə rekord səviyyədə vəsait ödəyib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, şirkət 2014-cü ildə 1,825 mlrd. manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.
Şirkətdən verilən məlumatda bildirilir ki, SOCAR-ın ümumi aktivlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq 24,442 mlrd. manata çatıb.