Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2014-cü ilin dekabr ayında dövlət büdcəsinə 148 mln. 309 min manat vəsait ödənilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 61 mln. 284 min manat və ya 70,4% çoxdur.
Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 855 mln. 230 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 280 mln. 793 min manat və ya 17,8% çox olub.
Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11 mln. 706 min manat vəsait köçürüb. Bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 2 mln. 729 min manat və ya 18,8% azdır.
Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 141 mln. 240 min manat təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 20 mln. 951 min manat və ya 12,9% azdır.