Bank Of Baku

SOCAR ötən il Supsa limanından xam neftin ixracını 5% azaldıb

SOCAR ötən il Supsa limanından xam neftin ixracını 5% azaldıb
# 05 yanvar 2016 16:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR 2015-ci ilin dekabr ayında Supsa limanından 253 506 ton xam neft ixrac edib.

 

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 0,39% azdır.

 

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Supsa limanından 2 mln. 794 min 905 ton xam neft ixrac edilib ki, bu da 2014-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 5,49% azdır.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR