Bank Of Baku

SOCAR Özbəkistanın milli neft-qaz holdinqi ilə birgə müəssisə yaradır

SOCAR Özbəkistanın milli neft-qaz holdinqi ilə birgə müəssisə yaradır
# 28 dekabr 2015 07:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR və Özbəkistanın milli neft-qaz holdinqi olan "Uzbekneftqaz" birgə müəssisə yaradır.

 

"APA-Economics"in Özbəkistan KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər paritet əsaslarla birgə müəssisənin yaradılması haqqında müvafiq memorandum imzalayıblar.

 

Birgə müəssisə Özbəkistanda neft-qaz sahəsində enerji texnologiyalarının tətbiqini nəzərdə tutur.

 

Bildirilir ki, SOCAR bu cür layihələrin reallaşdırılması üçün bütün lazımi avadanlıq və texnologiyalara malikdir.

 

Birgə müəssisənin yaradılması ilə bağlı təsis müqaviləsi 2016-cı ilin ilik yarısında imzalana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR