Bank Of Baku

SOCAR prezidenti Gürcüstanda səfərdədir

SOCAR prezidenti Gürcüstanda səfərdədir
# 17 aprel 2015 06:34 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Aprelin 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfərə gəlib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün R. Abdullayevin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü gözlənilir. Görüş jurnalistlər üçün qapalı keçiriləcək.

 

Məlumata görə, R. Abdullayevin Gürcüstanın digər rəsmi şəxsləri ilə də görüşü planlaşdırılır.

 

Aprelin 18-də ARDNŞ-in prezidenti azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edəcək və burada bir sıra tikinti obyektlərinə baxış keçirərək, onların açılışını həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR