Bu ilin fevral ayında SOCAR tərəfindən 450 min kubmetr qaz hasil edilib.
"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 10,78% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə 11,47% azdır.
Bu ilin yanvar-fevral aylarında ümumilikdə SOCAR tərəfindən 958,3 min kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin iki ayı ilə müqayisədə 8,51% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 508,3 min kubmetr qaz hasil edilib.
Bu ilin fevral ayında bütün ölkə üzrə 2 mln. 222,3 min kubmetr qaz hasil edilib. Bu da 2016-cı ilin fevral ayı ilə müqayisədə 6,15% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə 10,12% çoxdur.
Bu ilin yanvar-fevral aylarında ümumilikdə ölkədə 4 mln. 694,7 min kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin iki ayı ilə müqayisədə 3,95% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 472,4 min kubmetr qaz hasil edilib.