Bank Of Baku

SOCAR qaz hasilatını 15%-ə yaxın azaldıb

SOCAR qaz hasilatını 15%-ə yaxın azaldıb
# 23 aprel 2015 10:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 580,4 min kubmetr qaz hasil edilib.

 

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 14,7% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 11,8% artıb.

 

Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən ümumilikdə 1 669,7 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk üç ayı ilə müqayisədə 16,4% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında isə 519,1 min kubmetr qaz hasil edilib.

 

Bu ilin mart ayında bütün ölkə üzrə 2 589,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 0,17% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 11,1% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında bütün ölkə üzrə ümumilikdə 7 415,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk rübü ilə müqayisədə 3,4% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr qaz hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR