Bank Of Baku

SOCAR qaz hasilatını 4% azaldıb

SOCAR qaz hasilatını 4% azaldıb
# 20 noyabr 2017 15:25 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında SOCAR 4 mlrd. 999 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,1% azdır.

 

APA-Economics”in xəbərinə görə, bu barədə SOCAR-ın statistik məlumatlarında bildirilir.


Bu ilin oktyabr ayında respublika üzrə qaz hasilatı 541,2 mln. kubmetr həcmində olub ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 7,44% çoxdur. Bu ilin sentyabr ayı ilə müqayisədə isə qaz hasilatı 8,52% çoxdur.

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan üzrə 23 mlrd. 667,3 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin on ayı ilə müqayisədə 4% azalma deməkdir.

 

Ölkə üzrə oktyabr ayında 2 mlrd. 549,3 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 8,52% çoxdur. Bu ilin sentyabr ayı ilə müqayisədə isə ölkə üzrə qaz hasilatı 5,6% artıb.

 

SOCAR 2016-cı ildə 6 mlrd. 266,7 mln. kubmetr qaz hasil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR