Bank Of Baku

SOCAR qaz hasilatını 5%-dən artıq azaldıb

SOCAR qaz hasilatını 5%-dən artıq azaldıb
# 16 iyun 2017 14:18 (UTC +04:00)

Bu ilin may ayında SOCAR tərəfindən 508,1 mln. kubmetr qaz hasil edilib.

 

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 5,13% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə 2,69% çoxdur.

 

Bu ilin yanvar-may aylarında ümumilikdə SOCAR tərəfindən 2 mlrd. 465,6 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 6,96% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 508,3 mln. kubmetr, fevral ayında 450 mln. kubmetr, mart ayında 504,4 mln. kubmetr, aprel ayında isə 494,8 mln. kubmetr qaz hasil edilib.

 

Bu ilin may ayında bütün ölkə üzrə 2 mlrd. 462,7 min kubmetr qaz hasil edilib. Bu da 2016-cı ilin may ayı ilə müqayisədə 2,28% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə 4,08% çoxdur.

 

Bu ilin yanvar-may aylarında ümumilikdə ölkədə 11 mlrd. 724,9 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 5 ayı ilə müqayisədə 5,94% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mlrd. 472,4 mln. kubmetr, fevral ayında 2 mlrd. 222,3 mln. kubmetr, mart ayında 2 mlrd. 201.3 mln. kubmetr, aprel ayında isə 2 mlrd. 366,2 mln. kubmetr həcmində qaz hasil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR