Bu ilin iyul ayında SOCAR tərəfindən 503,3 mln. kubmetr qaz hasil edilib. "APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 5,2% azdır.
Bu ilin iyun ayı ilə müqayisədə isə 2,86% çoxdur.
Cari ilin yanvar-iyul aylarında ümumilikdə SOCAR tərəfindən 3 mlrd. 458,2 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 6,36% azdır.
Qeyd edək ki, yanvarda SOCAR tərəfindən 508,3 mln. kubmetr, fevralda 450 min. kubmetr, martda 504,4 mln. kubmetr, apreldə 494,8 mln. kubmetr, mayda 508,1 min kubmetr, iyunda isə 489,3 min kubmetr qaz hasil edilib.