Bank Of Baku

SOCAR qaz hasilatını 8%-ə yaxın azaldıb

SOCAR qaz hasilatını 8%-ə yaxın azaldıb
# 19 may 2017 16:43 (UTC +04:00)

Bu ilin aprel ayında SOCAR tərəfindən 494,8 mln. kubmetr qaz hasil edilib.

 

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 4,70% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə 1,9% azdır.

 

Bu ilin yanvar-aprel aylarında ümumilikdə SOCAR tərəfindən 1 mlrd. 957,5 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 7,42% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 508,3 mln. kubmetr, fevral ayında 450 mln. kubmetr, mart ayında isə 504,4 mln. kubmetr qaz hasil edilib.

 

Bu ilin aprel ayında bütün ölkə üzrə 2 mlrd. 366,2 min kubmetr qaz hasil edilib. Bu da 2016-cı ilin aprel ayı ilə müqayisədə 4,39% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə 7,49% çoxdur.

 

Bu ilin yanvar-aprel aylarında ümumilikdə ölkədə 9 mln. 262,2 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 6,87% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mlrd. 472,4 mln. kubmetr, fevral ayında 2 mlrd. 222,3 mln. kubmetr, mart ayında isə 2 mlrd. 201.3 mln. kubmetr qaz hasil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR