Bank Of Baku

SOCAR qaz hasilatını son bir ildə 16% azaldıb

SOCAR qaz hasilatını son bir ildə 16% azaldıb
# 08 iyun 2015 10:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 555,6 min kubmetr qaz hasil edilib.

 

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 15,1% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 4,27% azalıb.

 

Bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən ümumilikdə 2 225,3 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk dörd ayı ilə müqayisədə 16,08% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında isə 580,4 min kubmetr qaz hasil edilib.

 

Bu ilin aprel ayında bütün ölkə üzrə 2 482,3 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 5,35% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə bu rəqəm 4,13% azdır.

 

Bu ilin yanvar-aprel aylarında bütün ölkə üzrə ümumilikdə 9 897,7 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin dörd ayı ilə müqayisədə 3,9% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr, mart ayı üzrə isə 2 589,4 min kubmetr qaz hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR