Bank Of Baku

SOCAR qazlaşdırma işləri üçün əlavə 100 mln. manat kredit cəlb edir

SOCAR qazlaşdırma işləri üçün əlavə 100 mln. manat kredit cəlb edir
# 15 sentyabr 2016 09:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR qazlaşdırma işlərinin aparılması üçün əlavə olaraq 100 mln. manat məbləğində kredit cəlb edəcək.


"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

 

Onun sözlərinə görə, kredit Azərbaycan Beynəlxalq Bankından 10 il müddətinə götürüləcək.

"Manat devalvasiyaya uğrayandan sonra əlavə olaraq 100 milyon manata ehtiyac yaranıb. Bundan başqa, 98 milyon manat məbləğində kreditin cəlb edilməsi məsələsi hələ də açıq qalır. Ümumilikdə, qazlaşdırma işləri üçün 472 milyon manat kredit götürülməlidir. Ya bu il, ya da gələn il bu kredit götürüləcək. Bu bankların imkanlarından asılıdır", - deyə S. Qasımov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR