Bu ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 706 metr qazma işi həyata keçirilib. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 1 304 metr və ya 24,14% çoxdur.
Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100 363 metr qazma işi görülüb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 2 638 metr və 2,70 % çoxdur. Bunun da 97693 metri istismara, 2670 metri isə kəşfiyyata aid olub.
Bundan əlavə, noyabr ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 57 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.