Bakı. Aqşin Rafiqoğlu – APAEconomics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında 78 247 ton dizel yanacağı, 21 876 ton təyyarə yanacağı, 4 86 ton yüksək təzyiqli polietilen, 96 ton mütləqləşdirilmiş izopropil spirti, 1 147 ton propilen və 844 ton butilen butadien fraksiyası ixrac edib.
Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilıib.
Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində 508 996 ton dizel yanacağı, 165 347 ton təyyarə yanacağı, 2 416 ton soba mazutu, 61 102 ton yüksək təzyiqli polietilen, 9 326 ton mütləqləşdirilmiş izopropil spirti, 45 195 ton maye piroliz qətranı, 30 610 ton propilen və 15 166 ton butilen butadien fraksiyası ixrac edilib.
Bu ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 478,97 ABŞ dolları, təyyarə yanacağının qiyməti 430,67 dollar, dizel yanacağının qiyməti 409,84 dollar, 1% kükürdlü mazutun qiyməti 255,20 dollar, yüksək təzyiqli polietilenin qiyməti 1168,50 dollar, butilen butadien fraksiyasının qiyməti 459,29 dollar, maye piroliz qətranının qiyməti 478,97 dollar, propilenin qiyməti 697 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 897,50 avro olub.