Bank Of Baku

SOCAR Şimali Afrikada fəaliyyətini genişləndirir

SOCAR Şimali Afrikada fəaliyyətini genişləndirir
# 10 fevral 2016 15:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR sıxılmış təbii qazla (LNG) treydinqi inkişaf etdirmək niyyətindədir. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

SOCAR prezidenti bildirib ki, onun rəhbərlik etdiyi şirkət Maltada LNG-terminalın tikintisinə investisiya yatırır.

 

Öz növbəsində SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, şirkət Maltada elektrik enerjisi stansiyasının tikintisini maliyyələşdirir.
 

"LNG bazardan alınacaq. Üstəlik, biz LNG ilə işləmək perspektivimizi Şimali Afrika ölkələrin olan Burkina-Faso, Toqoda inkişaf etdiririk", - deyə E. Nəsirov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR