Bank Of Baku

SOCAR Supsa kəməri ilə xam neftin ixracını 40% artırıb

SOCAR Supsa kəməri ilə xam neftin ixracını 40% artırıb
# 01 iyul 2015 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin iyun ayında Supsa limanından 339 020 ton xam neft ixrac edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 40% çoxdur.

 

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Supsa limanından 1 524 900 xam neft ixrac edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 4,97% çoxdur.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR