Bank Of Baku

SOCAR Supsa limanı ilə xam neftin ixracını 5% artırıb

SOCAR Supsa limanı ilə xam neftin ixracını 5% artırıb
# 05 yanvar 2015 13:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ilin dekabr ayında Supsa limanından 254 498 ton xam neft ixrac edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin dekabr ayı ilə müqayisədə 5% çoxdur.

 

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Supsa limanından 2 957 390 ton xam neft ixrac edilib. Bu isə 2013-cü illə müqayisədə 8,5% müqayisədə çoxdur.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR