Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR Supsa limanından 87 min 177 ton xam neft ixrac edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 2,92 dəfə azdır.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Supsa limanından 1 mln. 578 min 922 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 8 ayı ilə müqayisədə 15,29% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.