Bu ilin sentyabr ayında SOCAR tərəfindən Supsa limanından 172 min 138 ton xam neft ixrac edilib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 37,34% azdır.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, avqust ayında isə Supsa limanından xam neftin ixracı baş tutmayıb.
Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Supsa limanından 1 mln. 751 min 811 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 5,49% azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.