Bakı. Vüsal Nəbiyev – APA-Economics. SOCAR və Malaziyanın “PETRONAS (E&P) OVERSEAS VENTURES SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.
Memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.