Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR konsolidə olunmuş aktivlərinin həcmi 39,083 mlrd. manat təşkil edir.
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, bu il yanvarın 1-ə olan məlumata görə, SOCAR-ın maliyyə göstəricilərində 1,438 mlrd. manat zərər yaransa da, xarici valyutada olan aktivlərin müsbət məzənnə fərqindən 3,271 mlrd. manat gəlir əldə edib.