Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında dünya bazarında xam neftin satış qiymətlərini açıqlayıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 47,86 dollara, Urals nefti - 47,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,53 dollara satılıb.
Xatırladaq ki, 2014-cü ilin yanvar ayında isə Brent tipli xam neftin 1 bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 108,76 dollar təşkil edib.