"SOCAR bu il fəaliyyətə başlayacaq STAR neft emalı zavoduna 6 mlrd. dollar investisiya yatıracaq".
“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Türkiyəıdəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyənin “Kapital” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, SOCAR üçün ən önəmli layihələrindən biridir. Z.Qəhrəmanov SOCAR-ın həyata keçirdiyi digər layihələrdən də danışıb: “Digər tərəfdən, İzmirin Əliağa bölgəsində ən iri konteyner limanı olan Petlim Konteyner Terminalının tikintisi baş çatdırılıb. 400 milyon dollar dəyərində olan “Petlim” layihəsini 29 il müddətinə “APM Terminal” şirkəti işlədəcək. Bundan başqa, 55 milyon dollar dəyərində olan və artıq tikinti işləri tamamlanan “Petkim” külək elektrik stansiyası da mövcuddur".
Z.Qəhrəmanov bildirib ki, artıq STAR neft emalı zavodu layihəsi çərçivəsində inşaat işlərinin 96%-i yekunlaşıb: "İlin əvvəlində zavodun sınaqdan keçiriləcək. 2018-ci ilin üçüncü rübündə isə orada istehsal olunacaq məhsulların satışına başlanılması planlaşdırılır. İlkin hesablamalarımıza əsasən, bu neft emalı zavodu Türkiyənin idxalının 1,5 milyard dollar azaldacaq”.
Z. Qəhrəmanov bildirib ki, bu ilin dekabr ayında zavodun istehsal etdiyi məhsullarını tam gücü ilə istehsalına başlanılması əsas hədəf olaraq qalır.