Bank Of Baku

TANAP-ın keçəcəyi ərazilərdə torpaqların alınması prosesi başa çatıb

TANAP-ın keçəcəyi ərazilərdə torpaqların alınması prosesi başa çatıb
# 13 fevral 2015 11:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin “Botaş” şirkəti Azərbaycan təbii qazını Türkiyə, oradan isə Avropaya nəql edəcək və ümumi dəyəri 10 mlrd. dollar olan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində kəmərin keçəcəyi ərazilərdə torpaqların alınması prosesini tamamlayıb.

 

APA-Economics”in Dünya.com saytına istinadən verdiyi məlumata görə, kəmərin keçəcəyi marşrutun layihəsi mart ayında ictimaiyyətə təqdim olunacaq.

 

Belə ki, “Şahdəniz Mərhələ-2”də hasil ediləcək təbii qazın Türkiyəyə, oradan isə Avropaya nəql edəcək boru kəmərinin Gürcüstan sərhədindən Türkiyənin Əskişəhər şəhərinə qədər uzanan 1 334 kilometrlik hissəsində kəmərin tikintisini həyata keçirəcək şirkətlərin adları hər 3 lot üzrə məlum olub.

 

Belə ki, boru kəmərinin keçəcəyi 0-375 kilometrlik məsafəni əhatə edən birinci lotu “Fernas İnşaat AŞ” şirkəti qazanıb ki, bu da Ardahan/Posof/ Türkgözü – Ərzurum/Aşkale məsafələrini əhatə edəcək.

 

Boru kəmərinin keçəcəyi 375-825 kilometrlik məsafəni əhatə edən ikinci lotu isə Türkiyənin “Sicim-Yüksel” və Azərbaycanın “Akkord” şirkətləri ortaq həyata keçirəcəklər. Bu boru kəməri də Ərzurum/Aşkale –Sivas/Yıldızeli ərazilərini əhatə edəcək.

 

Boru kəmərinin keçəcəyi 825-1334 kilometrlik məsafəni əhatə edən üçüncü lotu “Tekfen Inşaat” və “Tesisat AŞ” şirkətləri həyata keçirəcək və Türkiyənin Sivas/Yıldızeli – Əskişehir/Seyitqazi ərazilərini əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR