TANAP-ın səhmdarı Türkiyənin ən iri mənfəət əldə edən şirkətidir

TANAP-ın səhmdarı Türkiyənin ən iri mənfəət əldə edən şirkətidir
# 04 iyul 2016 07:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyənin BOTAŞ şirkəti ötən ili 37,1 mlrd. lirə və ya 12,9 mlrd. dollar xalis mənfəətlə başa vurub.

"APA-Economics" xəbər verir ki, beləliklə, şirkət "Fortune Türkiye" nəşrinin reytinqində ilk yerə yiyələnib. Qeyd edək ki, reytinqdə 500 ən çox mənfəət əldə edən şirkət yer alıb.

İkinci ən çox mənfəət əldə edən şirkət "Türkiye Petrol Rafinerileri AŞ"-dir (TÜPRAŞ). TÜPRAŞ ötən il 36,8 mlrd. lirə mənfəət əldə edib.

Üçüncü yerdə 30,9 mlrd. lirəlik göstərici ilə "OMV Petrol Ofisi" şirkəti qərarlaşıb.

Qeyd edək ki, BOTAŞ TANAP-da 30%-lik iştirak payına sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR