APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri İstanbulda keçirdiyi mətbuat konfransında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Avropa Birliyinin Azərbaycanı “önəmli enerji mənbəyi” şəklində xarakterizə etməsinin tamamilə doğru yanaşma olduğunu deyən T.Yıldız indiyədək olduğu kimi, bundan sonra da Azərbaycanın Türkiyədəki enerji yatırımlarını dəstəkləyəcəklərini vurğulayıb.
“Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki yatırımları həm bizim ehtiyaclarımız, həm də ölkələrimiz arasındakı münasibətlərin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Ona görə də biz bundan sonra Azərbaycanın ölkəmizdəki enerji yatırımlarının önündəki bütün əngəlləri birmənalı şəkildə qaldıracağıq” - deyə türkiyəli nazir qeyd edib.