Bank Of Baku

TAP-da yeni təyinatlar olub

TAP-da yeni təyinatlar olub
# 03 fevral 2015 10:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Trans Adriatik Boru kəməri (TAP) konsorsiumunda yeni təyinatlar baş tutub.

 

Konsorsiumdan "APA-Economics"ə verilən məlumata görə, Norman İnqram layihə rəhbəri, Martin Meyer isə əməliyyatlar üzrə rəhbər vəzifəsinə təyin edilib.

 

Adıçəkilən şəxslər hər iki vəzifənin icrasını TAP-ın İsveçrənin Baar şəhərindəki baş ofisində həyata keçirəcəklər.

 

TAP-ın baş icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) N. İnqram və M. Meyerin ölkə xaricində əsas qaz infrastruktur layihələrində kifayət qədər təcrübəsinin olduğunu qeyd edib: "Mən çox şadam ki, onlar TAP-ın idarəetmə komandasına qoşulublar. Biz 2020-ci ildə “Şahdəniz”dən ilk qazın əldə edilməsi üçün TAP-ın növbəti və sonuncu mərhələsi – layihənin tikintisi mərhələsinə hazırlaşırıq".

 

Qeyd edək ki, N. İnqram bundan əvvəl Avstraliyada “BG Group”da boru kəmərlərinin layihə rəhbəri, Martin Meyer isə Əbu-Dabi Milli Neft Şirkətinin ƏL-Hüsn qaz layihəsində istehsalat üzrə direktor vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR