Bank Of Baku

TAP-ın tikintisinə dair daha bir müqavilə imzalanıb

TAP-ın tikintisinə dair daha bir müqavilə imzalanıb
# 29 oktyabr 2015 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Adriatik Boru Kəməri Xətti (TAP) konsorsiumu “Salzgitter Mannesmann International GmbH” şirkəti ilə müqavilə imzalayıb.

 

Bu barədə “APA-Economics”ə konsorsiumdan məlumat verilib.

 

Müqaviləyə əsasən, kəmərin keçdiyi 270 kilometrlik quru ərazidə 48 diametrli boruların, həmçinin TAP-ın keçdiyi sahilboyu ərazilər və şelflərdə bu şirkətin istehsal etdiyi borulardan istifadə olunacaq.

 

İlin sonuna qədər TAP daha bir neçə iri şirkətlərlə müqavilə imzalayacaq. Planlaşdırıldığı kimi, bundan sonra 2016-cı ildə boru kəmərin Yunanıstan, Albaniya və İtaliyada inşasına başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR