Bank Of Baku

TAP Albaniyaya boruların daşınmasını başa çatdırıb

TAP Albaniyaya boruların daşınmasını başa çatdırıb
# 21 iyun 2017 10:56 (UTC +04:00)

Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniyanın quru hissəsinin inşasında istifadə ediləcək polad boruların sonuncu partiyası Durres limanında boşaldılıb.

 

 TAP konsorsiumundan “APA-Economics”ə verilən məlumata görə, “MV Galene M” yük gəmisindən boşaldılan sonuncu boruların sayı 726 ədəd olub. Bu, Almaniyada istehsal olunan və Albaniyaya çatdırılan boruların 15-ci partiyasıdır.

 

Qeyd edək ki, ötən ilin aprel ayından etibarən Durres limanına ümumi çəkisi 200 min tondan çox olan təxminən 13 min ədəd boru, əymə, müxtəlif avadanlıq və maşınlar çatdırılıb.

 

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR