Bakı. Yeganə Laçınzadə - APA-Economics. Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu İtaliyada boru kəmərlərinin qəbul terminalının və sahil kəmərinin Mühəndislik, Satınalma və Tikintisinə dair müqavilə imzalayıb.
TAP-dan “APA-Economics”ə verilən xəbərə görə, sahil kəmərinə dair “Enereco S.p.A.” və “Max Streicher S.p.a.” şirkətləri ilə imzalanan müqavilə layihənin sualtı hissəsini boru kəmərlərinin qəbul terminalı ilə birləşdirəcək.
Boru kəmərlərinin qəbul terminalına dair müqavilə isə “Renco S.p.A.” şirkəti ilə imzalanıb. Bu müqavilə TAP-ı “Snam Rete Gas” şəbəkəsi ilə əlaqələndirən sonuncu hissə olacaq.