Bank Of Baku

TAP Yunanıstan və Albaniyada infrastrukturla bağlı növbəti müqavilənin bildirişini yayıb

TAP Yunanıstan və Albaniyada infrastrukturla bağlı növbəti müqavilənin bildirişini yayıb
# 28 iyun 2014 10:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyanın sahilinə çıxması və yüksək təzyiqdə təbii qazın nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) infrastrukturu ilə bağlı potensial tədarükçülərin ilkin təsnifatı davam etdirilir.

 

APA-Economics”in məlumatına görə, TAP bu həftə Yunanıstan və Albaniyada qaz kompressor stansiyalarının təchizatı və montajına dair dördüncü müqaviləsinin bildirişini dərc edib.

 

Bildirişdə bildirilir ki, iki kompressor stansiyada təchiz edilmək üçün 6 qaz kompressoru alınacaq. Onlardan 3-ü Albaniyanın yaxınlığında yerləşən Fier adlanan ərazidə, 3-ü isə Yunanıstanda Kipoi yaxınlığındakı kompressor stansiyaları üçün nəzərdə tutulub.

 

Bu təsnifatda iştirak etmək marağında olan şirkətlər TAP-dan iyulun 14-dən gec olmayaraq ilkin təsnifat sorğusu əldə etməlidirlər. Bu tədarük müqaviləsinin fəaliyyət sahəsi istehsal, çatdırılma, layihələndirmə, qaz kompressorlarının montajı və istifadəyə verməzdən əvvəl nəzərdə tutulan işlərdən ibarət olacaq. Kompressor stansiyalar sağlamlıq və təhlükəsizliyə dair beynəlxalq sənaye standartlarına uyğun olaraq tikiləcək.

 

Bu, dördüncü ilkin təsnifatdır. TAP tərəfindən növbəti 3 ay ərzində dərc ediləcək müqavilələr haqda bildirişlər, TAP-ın quru hissəsi üçün böyük diametrli qapaqlar və polad xətli boruları tədarük edən şirkətlərin ilkin təsnifatından ibarət olacaq.

 

Qeyd edək ki, TAP boru kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Avropaya ixracı üçün nəzərdə tutulub. 870 km uzunluğunda boru kəməri Yunanıstandan başlayacaq və Türkiyə, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya qədər uzanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR