Bank Of Baku

Tbilisidə qaz bahalaşıb

Tbilisidə qaz bahalaşıb
# 18 iyul 2017 13:14 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə təbii qazın istehlak tarifi artıb.


APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası paytaxtı qazla təmin edən "Kaztransqaz" ASC-nin tarifin artırılması ilə bağlı təklifini nəzərdən keçirib.


Komissiyanın qərarına əsasən, Tbilisi əhalisi üçün təbii qazın istehlak tarifi 0,5 tetri artırılaraq 1 kubmetr üçün 46,153 tetri məbləğində müəyyən olunub.


Yeni tarif cari ilin iyulun 20-dən 2018-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.


Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası "SOCAR Georgia Gas" ASC, "Sakorqaz" SC-nin də analoji təkliflərini nəzərdən keçirir.


Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının dünənki qərarına əsasən, ölkədə qaz nəqlinin tarifi də 0,5 tetri artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR