Bank Of Baku

Tiflisdə Cənubi Qafqazda enerji əməkdaşlığı müzakirə olunub

Tiflisdə Cənubi Qafqazda enerji əməkdaşlığı müzakirə olunub
# 04 dekabr 2015 09:14 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Energetika Xartiyasının "Cənubi Qafqaz və region ölkələrində enerji əməkdaşlığı" mövzusunda beynəlxalq konfransı öz işinə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə xartiyaya üzv olan 50 ölkədən çox energetika nazirləri qatılıb və üzv ölkələrdən 120 nümayəndə və beynəlxalq təşkilatların rəhbərləri gəlib.

 

Konfransı açıq elan edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Azərbaycan və Gürcüstandan keçən enerji resursları ölkələrimizin və digər ölkələrin təhlükəsizliyini təmin edir.

 

Baş nazirin birinci müavini, energetika naziri Kaxa Kaladze isə deyib ki, beynəlxalq enerji nəqliyyat dəhlizinin Gürcüstandan keçməsi bu ölkə üçün olduqca vacibdir.

 

Tədbirdə Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, Energetika Xartiyasının Baş katibi Urban Rusnak və digər xartiyaya üzv olan ölkələrin nümayəndələri çıxış ediblər.

 

Beynəlxalq konfransda regionda enerji tranzit və sərhədyanı ticarət, Energetika Xartiyasına üzv ölkələr arasında tranzit infrastrukturu və investisiya məsələlərinin dərinləşdirilməsi və gələcək perspektivlər və digər məsələlərə baxılacaq. Bu tədbir üzv ölkələrin 26-cı görüşüdür.

 

Xatırladaq ki, Energetika Xartiyasına üzv ölkələrin son görüşü 2015-ci ilin 12 iyun və 19 oktyabrında Brüsseldə baş tutub.

 

Dünən Energetika Xartiyasının İşçi Qrupunun ayrı-ayrı sessiyalarında digər vacib məsələlərlə birgə Avropa Komissiyasının təqdim etdiyi "Şərq Tərəfdaşlığı ölkələrində enerji siyasəti" mövzusunda da müzakirələr keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR