Bakı - APA-Economics. Ceyhan neft kəmərinin partladılmasında PKK silahlıları günahkardır. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.
"Ceyhan neft kəməri ilə nəql fevralın 17-dən dayandırılıb. Bu səbəbdən yanğın baş verməyib. Artıq mütəxəssislərimiz kəmərlə nəqlin bərpa olunması üçün müvafiq işlər görür", - deyə bəyanatda bildirilir.