Bakı. Faiq Mahmudov - APA. I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla onun rusiyalı həmkarı Vladimir Putin arasında baş tutacaq görüş zamanı enerji məsələləri müzakirə olunacaq.
APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, iki ölkənin prezidentləri ilə yanaşı, Bakıya səfər edəcək Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla Rusiyanın energetika naziri Aleksandr Novak arasında məsləhətləşmələr aparılacaq.
Nazirlər “Türk axını” layihəsini, o cümlədən Rusiyanın Türkiyəyə satdığı təbii qazın qiymətinin endirilməsi məsələsini müzakirə edəcəklər.