Bank Of Baku

Türkiyə TANAP-da iştirak payını 30%-ə çatdırmaq niyyətindədir

Türkiyə TANAP-da iştirak payını 30%-ə çatdırmaq niyyətindədir
# 17 mart 2014 14:38 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

 

Onun sözlərinə görə, buna baxmayaraq Fransanın «Total» şirkətinin də TANAP-dakı payını satması ilə bağlı istəyi hələlik reallaşmayıb: «Biz TANAP-da 51% payımızı saxlamaq fikrimizi bəyan etmişik. BP şirkəti tərəfindən TANAP-da 12% iştirak payı əldə olunub. Digər payların həm «Statoil», həm «Total» tərəfindən alınması düşünülürdü».

 

S.Qasımov deyib ki, artıq «Statoil» şirkətinin bu bölgüdə iştirak etməyəcəyi bəllidir: «Əgər reallaşarsa, Türkiyə tərəfi TANAP-dakı payını 30%-ə çatdırmaq niyyətindədir. Bu hələ reallaşmamış fikirdir. Reallaşanda təbii ki, bu rəsmiləşdiriləcək və mətbuata məlumat veriləcək».

 

Xatırladaq ki, hazırda TANAP layihəsində pay bölgüsünə görə, Türkiyə 20%, Azərbaycan isə 80% iştirak payına malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR