Bank Of Baku

Türkiyəli nazir: “TANAP regional inkişafa mühüm təsir göstərəcək”

Türkiyəli nazir: “TANAP regional inkişafa mühüm təsir göstərəcək”
# 04 dekabr 2014 10:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev rəhbərlik etdiyi şirkətin hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu nəzərə çatdıraraq bildirib ki, TANAP layihəsi, “STAR” neft emalı zavodunun inşası və “Petkim“ neft-kimya holdinqinin yenidənqurma layihələri Türkiyənin beynəlxalq enerji sənayesində önəminin daha da artmasında mühüm rol oynayacaq.

 

Öz növbəsində türkiyəli nazir ARDNŞ-in operatorluğu ilə həyata keçirilən TANAP layihəsinin regional inkişafa mühüm təsir göstərəcəyini vurğulayıb.

 

“SOCAR-Türkiyə Enerji” şirkətinin rəhbəri Kənan Yavuz ARDNŞ-in qardaş ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR