"Aksa Grup Mühendislik Proje İnşaat Taahhüt Sanayi Ticaret Limited" şirkəti Azərbaycanda filial açıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan məlumatda deyilir.
Ötən ilin oktyabr ayının 10-da dövlət qeydiyyatına alınan filialın qanuni təmsilçisi Natiq Məmmədovdur.
Qeyd edək ki, adıçəkilən şirkət Türkiyənin ən iri sənaye şirkətlərindən biri olan "Aksa Grup"un törəməsidir.