Bank Of Baku

Türkmənistan prezidenti: “Transxəzər boru xətti perspektivli layihədir"

Türkmənistan prezidenti: “Transxəzər boru xətti perspektivli layihədir"
# 12 oktyabr 2015 15:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Transxəzər boru xətti perspektivli layihələrdən biridir”.

 

APA-nın “aktifhaber.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Nazirlər Kabinetinin iclasında deyib.

 

Bu gün Londonda keçirilən “Türkmənistanın neft və təbii qaz sektoruna ayrılacaq investisiyalar” mövzusunda beynəlxalq toplantı ilə bağlı fikir bildirən Q. Berdımuhammedov Türkmənistan qazını dünya bazarına müxtəlif marşrutlar vasitəsilə çatdırmaq istədiklərini qeyd edib. O qeyd edib ki, bu layihələrdən başlıcası Transxəzər təbii qaz xəttidir.

 

Qeyd edək ki, Transxəzər boru xətti ilə türkmən qazının Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılması planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR