Bank Of Baku

Tütün məmulatlarının istehsalı 13% azalıb

Tütün məmulatlarının istehsalı 13% azalıb
# 14 dekabr 2016 13:53 (UTC +04:00)

Emal sənayesində yanvar-noyabr aylarında 8,2 mlrd. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 4,1% artım, tütün məmulatlarının istehsalında 12,6%, içki istehsalında isə 12,9% azalma müşahidə olunub.


Bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 1,9% artaraq 45,3 min ton, marqarin istehsalı 82,2% artaraq 42,1 min ton, kərə yağı istehsalı 7,8% artaraq 23,4 min ton, qənd istehsalı 25,9% artaraq 394,7 min ton, mineral suların istehsalı 2,1 dəfə artaraq 13,1 mln. dkl, alkoqolsuz içkilərin istehsalı 26,2% azalaraq 17,4 mln. dkl təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR