Bank Of Baku

Üç helikopter və altı gəmi itkin düşən neftçilərin axtarışını davam etdirir

Üç helikopter və altı gəmi itkin düşən neftçilərin axtarışını davam etdirir
# 17 dekabr 2016 08:00 (UTC +04:00)

“Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. Axtarışa 3 helikopter və 6 gəmi cəlb olunub.

 

Bu barədə "APA-Economics"ə hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib.

 

Helikopterlədən biri Fövqəladə Hallar Nazirliyinə (FHN), ikisi isə Dövlət Sərhəd Xidmətinə məxsusdur.

 

Qeyd edək, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

 

Hadisə nəticəsində 10 nəfər itkin düşüb:

 

1. Zülfüqarov Güloğlan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

 

İtkin düşənlərdən İlham Qafarovun meyiti tapılıb.

 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR