Ucar. Zahid Abışov - APA. Ucar rayonunda elektrik enerjisinin verilişində problem yaranıb.
APA-nın yerli bürosunun məlumatına görə, dünən axşam saatlarından şimşəklə müşahidə olunan yağış rayonda elektrik təsərrüfatına ziyan vurub. Rayonun bir neçə yaşayış məntəqəsinə dünən axşam saat 23:00 radələrindən enerjinin verilişi dayandırılıb.
Ucar Paylayıcı Elektrik Şəbəkəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, güclü yağışın yağması ilə əlaqədar olaraq yüksək gərginlikli elektrik naqillərində nasazlıq baş verib. Bu səbəbdən rayonun bir neçə yaşayış məntəqəsinə enerjinin verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda enerjinin bərpası istiqamətində işlər aparılır.