Bank Of Baku

Ucarda qaz təchizatında yaranan problem əhalinin narazılığına səbəb olub

Ucarda qaz təchizatında yaranan problem əhalinin narazılığına səbəb olub
# 26 iyul 2016 13:37 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarın təbii qazla təchizatında yaranmış  problem acınacaqlı vəziyyət alıb. Abonentlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, bu ayın əvvəlindən   rayonun bütün  yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranır.

 

Yerli qaz istismar sahəsinin müdir əvəzi Rüstəm Mehdiyev rayonun yaşayış məntəqələrinə qazın fasilələrlə verilməsinin qaz itkiləri nəticəsində yaranmış borcla bağlı olduğunu bildirib. O qeyd edib ki, hələ bir neçə gün rayonda qazla bağlı problem olacaq.

 

R. Mehdiyev hər bir abonentə səbirli olmağı da tövsiyə edib.

 

Qeyd edək ki, Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmasa da, son vaxtlar "mavi yanacaq" fasilələrlə və istifadəsi mümkün olmayacaq qədər çox aşağı təzyiqlə verilir. Ucar rayonunda yaranmış acınacaqlı vəziyyət təbii qaz istifadəçilərinin narazılığına və narahatlığına  səbəb olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR