Bank Of Baku

Ukrayna TANAP layihəsinin fəal iştirakçısı olmaq istəyir

Ukrayna TANAP layihəsinin fəal iştirakçısı olmaq istəyir
# 16 noyabr 2012 13:39 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko energetika və iqtisadiyyat məsələləri üzrə Atlantik Şurasının İstanbulda keçirilən sammitində çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, Ukrayna noyabrın 26-da LNG-terminalın tikintisinə başlayır ki, bu da ölkəyə dünya maye qaz bazarına çıxış və Qara dəniz-Xəzər regionunda yeni əməkdaşlıq imkanları bəxş edəcək: “Ukrayna regional enerji layihələrinin, o cümlədən Trans-Anadolu (TANAP) qaz kəməri layihəsinin fəal iştirakçısı olmaq istəyir. TANAP layihəsində mümkün iştirakımızla bağlı tərəfdaşlarla danışıqlar aparırıq. Arqumentlərimiz də inandırıcıdır - Türkiyədən başlayaraq Ukrayna sərhədlərinə qədər bütün infrastruktur artıq hazırdır. Bundan başqa, Ukrayna Avropa Birliyi ilə sərhəddə qaz saxlanclarına malikdir ki, bu da TANAP üçün əsas rolunu oynaya bilər”.

 

Nazir qeyd edib ki, Xəzərin enerji resurslarının etibarlı marşrutlarla Avropa bazarlarına nəqli regionda sabitliyə, iqtisadi artıma və təhlükəsizliyə xidmət edəcək.

 

Qeyd edək ki, sammitdə türkiyə baş nazirinin müavini Əli Babacan, ABŞ energetika nazirinin müavini Den Poneman, ABŞ-ı Azərbaycandakı səfiri Riçard Morninqstar, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski, Xəzər regionu ölkələrinin enerji qurumlarının yüksək rütbəli şəxsləri, aparıcı neft-qaz şirkətlərinin nümayəndələri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR