Bank Of Baku

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərci 1,6 mlrd. manatı ötüb

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərci 1,6 mlrd. manatı ötüb
# 09 fevral 2015 08:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Ötən il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 12,731 mlrd. manat, büdcə xərcləri isə 10 mlrd. 117,2 mln. manat təşkil edib.

 

ARDNF-dan "APA-Economics"ə verilən məlumata görə, ötən il ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 mlrd. 343,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 mlrd. 319,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 8,9 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 mln. manat təşkil edib.

 

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 387,2 mln. manata bərabər olub.

 

Hesabat dövründə, fondun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9,337 mlrd. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 mln. manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə fonddan 57,1 mln. manat vəsait ayrılıb. 33,5 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Star" neft emalı kompleksinin tikintisi üzrə 223,5 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 40 mln. manat vəsait ayrılıb. 2014-cü il ərzində fondun idarə edilməsi ilə bağlı xərcləri 45,9 mln. manat təşkil edib.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərci 1 mlrd. 611,9 mln. manat təşkil edib.

 

2015-ci il yanvarın 1-ə fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 mln. ABŞ dolları) nisbətən 3,42% artaraq 37 104,1 mln. ABŞ dollarına bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR