Bank Of Baku

Vergilər Nazirliyi neft-qaz sektoru üzrə büdcə daxilolmalarının həcmini açıqlayıb

Vergilər Nazirliyi neft-qaz sektoru üzrə büdcə daxilolmalarının həcmini açıqlayıb
# 22 yanvar 2015 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə də neft-qaz sektoru Azərbaycanda büdcə daxilolmalarının formalaşmasında mühüm rol oynayıb. Bu sektor üzrə daxilolmanın məbləği 2 mlrd. 827 mln. manat olub ki, bu da ümumi vergi daxilolmalarının 39,7%-ni təşkil edib.

 

APA-Economics”in məlumatına görə, bunu “Vergilər” qəzetinə müsahibəsində Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi Zaur Fətizadə bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ildə bu göstərici 43,8%, 2012-ci ildə isə 45,5% idi: “Məhz düşünülmüş iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neft amilindən asılılığı ilbəil azalır, qeyri-neft sektorunun büdcə daxilolmalarındakı xüsusi çəkisində isə artım müşahidə olunur”.

 

Z. Fətizadə bildirib ki, təkcə 2014-cü ildə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı müəssisələrin mənfəət vergisi 1 mlrd. 107,5 mln. manat olub: “Ümumilikdə isə 2006-cı ildən bəri hasilatın pay bölgüsü üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı tərəflər, əməliyyat şirkətləri və subpodratçı təşkilatlar tərəfindən 2015-ci ilin yanvar ayına qədər 15,6 milyard manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Podratçı tərəflərin mənfəət vergisi 11,6 milyard manat təşkil edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR