“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
S. Qasımovun sözlərinə görə, SOCAR TANAP layihəsində 58% paya malikdir və dövlətlərarası razılaşmaya əsasən, şirkətin bu layihədəki payı 51%-dən aşağı düşməməlidir.
“SOCAR-ın öz payını satmasında nə fikri var, nə də bununla bağlı danışıqlar aparmır. Türkiyə tərəfi öz payını satarsa, bu, onların öz seçimidir. Təbii ki, bu da layihədə iştirak edən tərəfdaşların razılığı ilə həyata keçiriləcək”, - deyə vitse-prezident bildirib.