Bank Of Baku

Xalik Məmmədov: “Artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib”

Xalik Məmmədov: “Artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib”
# 03 iyun 2016 11:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics.  Artıq SOCAR-da işə qəbulla bağlı şəffaflıq və ədalət tam təmin edilib.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransının ikinci günündə  çıxış edərkən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu gün SOCAR işə qəbul prosesini şəffaf, ədalətli, hamının iştirak edə biləcəyi şəkildə təşkil edir: “Bu günə qədər işə qəbulla bağlı 174 570 müraciət daxil olub. 3 889 vakansiya elan edilib, 54 199 vakansiya təsviri formaya uğun ilkin seçim aparılıb”.

 

X. Məmmədov qeyd edib ki, onlardan 32 141 vakansiya üzrə test imtahanı, fəhlə kateqoriyası üzrə 6 500 müsabiqə təşkil edilib: “Müsabiqələrdən uğurla keçərək SOCAR-da vakansiyaları tutan işçilərin sayı isə 3 753 nəfər olub”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR