Bank Of Baku

Xarici Təqaüd Proqramı çərçivəsində təhsil alan 200-dən çox tələbə SOCAR-da işlə təmin olunub

Xarici Təqaüd Proqramı çərçivəsində təhsil alan 200-dən çox tələbə SOCAR-da işlə təmin olunub
# 21 dekabr 2016 14:10 (UTC +04:00)

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində neft, mexanika, geologiya mühəndisliyi və enerji sənayesinin idarə edilməsi ixtisasları üzrə magistr təhsilini başa vurmuş 4 nəfər məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Həmçinin, 2017-2018-ci tədris ili üzrə maliyyələşdirilməsi nəzərdə tutulan ixtisaslar və onlar üzrə kvotanın müəyyən edilməsi məsələsi müzakirə olunub.

 

Komissiya üzvləri qarşısında hesabatla çıxış edən məzunlar xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.

 

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 27 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR